#stayabstract

1,334,968 posts

Ebru — su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamları ebruzən adalanırlar. Ebru – çağatay dilində “dalğavari”, farsca – “bulud” və ya “suyun üzü”, ərəbcə isə “üz üçün su” mənalarını verir. Ebru sənətinin mənşəyi barədə müxtəlif versiyalar var. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar hindlilərdən, osmanlı türkləri isə farslardan öyrənmişlər. Başqa tədqiqatlar isə ebrunun XIII əsrdə Türküstan və Səmərqənddə yarandığını göstərir. İstənilən halda bu sənət hal-hazırda türk ebruzənləri tərəfindən yaşadılır. Tarixi məlumatlara görə, XII əsrdə Çində, Yaponiyada ebru sənətinə bənzər işlər görülüb. Daha sonra bu sənət Çağatay türklərində inkişaf edib. Onlar bu sənətlə əbrə adı ilə məşğul olublar. Digər tarixi məlumatlarda görünür ki, XVI əsrdə ebru sənəti İpək Yoluvasitəsi ilə Azərbaycana gəlib. Düzdür, tarixi mənbələrdə çox vaxt bu sənətin yarandığı yer İran göstərilir. Fars dilində "abru" həm suyun üzü, həm də onun naxışları qaşa oxşadığından qaş mənasını verir. Çağatay türkcəsində isə bulud topalarına oxşadığı üçün "bulud topaları" mənasını verir. Günümüzə çatan ən qədim ebru nümunəsi 1447-ci ildə hazırlanmışdır. O, İstanbuldaTopqapı sarayında saxlanılır. Osmanlı imperiyası dövründə ebru üsulu ilə hazırlanan kağızlardan dövlət sənədləri, məktublar üçün istifadə edirdilər. Kağızın gözəlliyindən başqa digər bir xüsusiyyəti də onu qiymətli edirdi. Hər bir ebru təkrarolunmaz naxış və rənglərdən ibarət olduğundan, belə kağızı və həmçinin sənədi də saxtalaşdırmaq mümkün deylidi. Diplomatik yazışmalar və ticarət əlaqələri vasitəsilə XVII əsrdə ebru sənəti Avropada da tanınmağa başladı. Burada ona "türk mərmər kağızı" deyirdilər. Bu cür kağızdan kitab çapında və üzləməsində, hədiyyələrin tərtibatında istifadə edilirdi. Sonralar xüsusilə gözəl alınan ebruları haşiyəyə alıb rəsm əsəri kimi divardan asmağa başladılar. _______________________________________ #art #illustration #drawing #draw #me #picture #artist #sketch #sketchbook #paper #pen #pencil #artsy #instaart #beautiful #instagood #gallery #masterpiece #creative #photooftheday #instaartist #graphic #graphics #artoftheday #beautiful #abstracto #stayabstract #instaabstract
load more posts