xetaisenetmerkezi

Qalereya-Art

📩xsm.2016@mail.ru ☏4908452/53 📲513107401 📞505644070 @ressamliq_dunyasi @xetai_usaq_yaradiciliq_studiya http://www.facebook.com/xetaisenetmerkezi/

10 may 2019-cu il tarixində saat 13:00-da Xətai Sənət Mərkəzində "ASAN Könüllüləri" Təşkilatı "Mədəniyyət Carçısı" proqramının təşkilatçılığı və Xətai Sənət Mərkəzinin tərəfdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar sərgi-tədbir baş tutdu. Ümummilli Liderin xatirə günü ərəfəsində "Heydər Əliyev və gənclik", "Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur" və s. mövzularda rəsm əsərləri əhatə olunmuş əsərlər nümayiş olundu. Qeyd edək ki,tədbirdə 15-ə yaxın ASAN Könüllülərinin əl işləri nümayiş olunurdu.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “28 May- Respublika günü”nə həsr olunmuş rəssamlıq istedadına malik olan uşaqların yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə elan olunmuş “AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərcivəsində təşkil olunmuş müsabiqənin yekun sərgisi yaş qrupları üzrə 12 yaşa qədər uşaqlar üçün 20 may 2019-cu il saat 16:00-da və 12-17 yaş arası uşaqlar üçün 21 may 2019-cu il saat 16:00-da baş tutacaq. Müsabiqəyə hər iki yaş kateqoriyası üzrə ümumilikdə 1065 uşaq əsər göndərmiş və ilkin seçimdə 12 yaşa qədər uşaqların 160 əsəri, 12-17 yaş arası uşaqların 170 əsəri sərgilənəcək. O cümlədən, “YURDUMUZA BAHAR GƏLİR” uşaq rəsm müsabiqəsindən seçilmiş hər yaş kateqoriyasından 10 əsər, həmçinin “MƏNİM ŞAMAXIM” müsabiqəsindən seçilmiş 33 əsər nümayiş olunmaq üçün dəvət olunmuşdur. Müsabiqədə Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, 4 Nömrəli UİM, Vəfa Art Studiya, 1Nömrəli UGİM, Sumqayıt Ə.Bakıxanov adına UİM, 108 nömrəli tam orta məktəb, Yeni Nəsil Tədris Mərkəzi, Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbi, 1 saylı UİM, Şamaxı Şəhər Uşaq Rəssamlıq Məktəbi, Rəngli Duyğular Rəsm Studiyası, Şəki Şəhər Uşaq Rəssamlıq Məktəbi, Respublika UİM, Bilik Yolu Tədris Mərkəzi və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər. Sərgilənən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq həmçinin müxtəlif təşkilatların nominasiyalar üzrə mükafatları olacaq. 1. Həmrəyliyə çağırış – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 2. Məktəb həyatı – Azərbayc
2019-cu il, may ayının 18-də, saat 17:00-da Xətai Sənət Mərkəzində AQSIA-nın Sosial Məsələlər Komissiyasının dəstəyi ilə “Qızıl Ay” Rəsm Kursunun rəssamlarının “Yay tətilim” mövzusunda sərgisinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Sərgi ilə yanaşı “Kids Fashion Design” adlı layihə çərçivəsində dəb nümayişi də keçiriləcəkdir. Layihə zamanı uşaqlar tərəfindən çəkilən moda eskizləri əsasında yay fəslini xatırladan geyimlər tikildi. Həmin geyimləri təqdim edəcək kiçik modellər eyni zamanda öz geyimlərinin modelyeridir. Sərginin keçirilməsində məqsəd AQSİA, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcı düşüncəni vərdiş etdirmək, təbiətə, ən əsas da doğma elə, vətənə məhəbbət, özünü rahat, xoşbəxt hiss etmə bacarığını aşılamaqdır. Dəb nümayişinin təşkilində isə məqsədimiz uşaqlarda özünüifadə və özünü-təqdimat bacarığını inkişaf etdirməkdir. Uşaqların hazırladıqları geyimlərdəki rəng harmoniyası, yay fəslinə aid atributlardan və formalardan istifadə edərək qurduqları kompozisiya onların şəxsi fikirlərinin təcəssümüdür. Sözügedən tədbirdə AQSİA-nın, Rəssamlar İttifaqının nümayəndələrinin, memarların, incəsənət xadimlərinin və rəssamların, həmçinin kütləvi informasiya vasitələrinin mənsublarının iştirakı nəzərdə tutulmuşdur. Sərgidə 50 şagirdin əsərlərinin, 20-dən çox geyim nümunələrinin nümayişi nəzərdə tutulmuşdur. Sərgidə tədbir iştirakçıları sertifikatla təltif olunacaqlar. Ünvan: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr 62
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “28 May- Respublika günü”nə həsr olunmuş rəssamlıq istedadına malik olan uşaqların yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə elan olunmuş “AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərcivəsində təşkil olunmuş müsabiqənin yekun sərgisi yaş qrupları üzrə 12 yaşa qədər uşaqlar üçün 20 may 2019-cu il saat 16:00-da və 12-17 yaş arası uşaqlar üçün 21 may 2019-cu il saat 16:00-da baş tutacaq. Müsabiqəyə hər iki yaş kateqoriyası üzrə ümumilikdə 1065 uşaq əsər göndərmiş və ilkin seçimdə 12 yaşa qədər uşaqların 160 əsəri, 12-17 yaş arası uşaqların 170 əsəri sərgilənəcək. O cümlədən, “YURDUMUZA BAHAR GƏLİR” uşaq rəsm müsabiqəsindən seçilmiş hər yaş kateqoriyasından 10 əsər, həmçinin “MƏNİM ŞAMAXIM” müsabiqəsindən seçilmiş 33 əsər nümayiş olunmaq üçün dəvət olunmuşdur. Müsabiqədə Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, 4 Nömrəli UİM, Vəfa Art Studiya, 1Nömrəli UGİM, Sumqayıt Ə.Bakıxanov adına UİM, 108 nömrəli tam orta məktəb, Yeni Nəsil Tədris Mərkəzi, Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbi, 1 saylı UİM, Şamaxı Şəhər Uşaq Rəssamlıq Məktəbi, Rəngli Duyğular Rəsm Studiyası, Şəki Şəhər Uşaq Rəssamlıq Məktəbi, Respublika UİM, Bilik Yolu Tədris Mərkəzi və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər. Sərgilənən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq həmçinin müxtəlif təşkilatların nominasiyalar üzrə mükafatları olacaq. 1. Həmrəyliyə çağırış – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 2. Məktəb həyatı – Azərbay
Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə 2019-cu il ölkəmizdə “Nəsimi İli” elan olunmuşdur. Dahi şairimiz Nəsimi irsinin təbliği, Şamaxı rayonunun sakinləri arasında incəsənətə marağın artırılması, rayonun mədəni həyatının tədbirlərlə zənginləşdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, həmçinin vətənəpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii dünyagörüşünün formalaşdırılması, istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi İli” çərçivəsində Şamaxı rayonunun sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında “MƏNİM ŞAMAXIM ” adlı rəsm müsabiqəsi elan olunmuşdur. Müsabiqəyə Şamaxı rayonunun 70-ə yaxın uşaq, yeniyetmə və gənci qatılmışdır. Müsabiqədə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi, Şamaxı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi, Şamaxı rayon Melikçobanlı kəndi tam orta məktəbi, Şamaxı Humanitar Kolleci, Samaxı rayon Mədrəsə qəsəbə tam orta məktəbi, Şamaxı rayon Qurdtəpə kəndi, Şamaxı rayon Həmyəli kənd tam orta məktəbi, Şamaxı 1 saylı orta məktəbi, Samaxı rayon Qonaqkend tam orta məktəbi, Şamaxı rayon Məlhəm kənd tam orta məktəbi, Şamaxı M.Hadi adına tam orta məktəbi, Şamaxı rayonu Avaxıl kənd məktəbi daha cox fəallıq göstərmişdilər. İştirakçılar əsərlərində əsasən Şamaxının dahi şəxsiyyətlərini, əsasən də Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin obrazını, tarixi abidələrini, sənət nümunələrini, müxtəlif peşə sahiblərinin (sağıcı, xalçaçı, çoban, üzümçü,sürücü və s.) obrazlarını təsvir etmişdilər. Sərgi 14 may 2019-cu il saat 11-də Şamaxı şəhəri Heydər Əliyev parkında açılacaq. Tədbirdə həmçinin Əmkdar rəssam Natiq Səfərovun ustad dərsi, Şamaxı rayon uşaq musiqi kollektivlərinin konsert proqramı nəzərdə tutulmuşdur. Sərgidə nümayiş üçün seçilən iş
10 may 2019-cu il tarixində saat 13:00-da Xətai Sənət Mərkəzində "ASAN Könüllüləri" Təşkilatı "Mədəniyyət Carçısı" proqramının təşkilatçılığı və Xətai Sənət Mərkəzinin tərəfdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar sərgi-tədbir baş tutacaq. Ümummilli Liderin xatirə günü ərəfəsində "Heydər Əliyev və gənclik", "Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur" və s. mövzularda rəsm əsərləri əhatə olunub. Qeyd edək ki,tədbirdə 15-ə yaxın ASAN Könüllülərinin əl işləri nümayiş olunacaq.
DİQQƏT! MÜSABİQƏ ELAN OLUNUR! Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilati dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi İli” çərçivəsində realizm üslubunda işləyən rəssamlar arasında milli ruh və mövzulu yeni əsərlərin yaradılmasını stimullaşdırmaq və realizm üslubunun pərəstişkarı olan sənətsevərlərin maraqlarını təmin etmək, vətənpərvərlik hisslərini gücləndirmək məqsədi ilə “REAL HƏYAT - REAL İNCƏSƏNƏT” adlı respublika yaradıcılıq müsabiqəsi elan edilir. Müsabiqədə yaşından asılı olmayaraq hər rəssam bir əsərinin fotosu ilə bərabər Ad və soyad, təvəllüd, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı 2019-cı il noyabr ayının 15-nədək Xətai Sənət Mərkəzinin whatsapp:00994 51 310 74 01 göndərməklə iştirak edə bilər. Həmçinin, sərgidə iştirak etməklə təşkilatçılara dəstək məqsədi ilə müsabiqədən kənar əsər təqdim etmək olar. Birinci turdan keçmiş əsərlər sərgilənmək üçün Xətai Sənət Mərkəzinə dəvət alacaq. I yer - 1000 AZN II yer - 500 AZN III yer - 300 AZN Həvəsləndirici mükafat - (5 nəfər) Nominasiyalar • Ən yaxşı kompozisiyaya görə – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi • Batal janrına görə – Azərbaycan Rəssamlar İttifaqı • Mənzərə janrına görə – Azərbaycan Dövlət Rəssamlıq Akademiyası • Uğurlu rəng həllinə görə – Azərbaycan Dövlət Rəsm Qalereyası • Qəhrəmanlıq mövzusunda ən yaxşı heykələ görə – Xətai Sənət Mərkəzi • Portret janrına görə – “Sənətşünaslığın Təbliği” İctimai Birliyi • Məişət janrına görə – “Yeni gallery” qalereyası • Tarixi janra görə – Bakı Qalereyası • Ən yaxşı klassik əsərə görə – Xətai Sənət Mərkəzi • Gənclər arasında ən yaxşı akademik əsərə görə – İncəsənət Kolleci • Natürmort janrına görə – Azərbaycan Pedaqoji Universiteti Qaliblər üçün mükafatla bərabər “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunması nəzərdə tutulmuşdur. İkinci turda - müsabiqədən seçilmiş əsərlərlə bərabər kolleksiyalardan götürülən əsərlər də nümayiş olunacaq. Nümayiş olunan əsərlərin müəllifləri diplomla təltif ediləcəklə
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin, Ağstafa və Şəmkir regional mədəniyyət idarələrinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy rayonlarının sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında “MƏN BU YURDUN ÖVLADIYAM” adlı rəsm müsabiqəsini elan edir. Müsabiqə “İsmayıl Şıxlının 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli Sərəncamının mahiyyətinə uyğun olaraq, dahi Xalq yazıçısı İsmayıl Şıxlının bədii irsinin təbliği Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy rayonlarının sakinləri arasında incəsənətə marağın artırılması, bölgənin mədəni həyatının zənginləşdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, həmçinin vətənəpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii dünyagörüşünün formalaşdırılması, istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədi ilə keçirilir. Müsabiqəyə 29 yaşa qədər uşaq, yeniyetmə və gənclər qatıla bilər. Müsabiqədə iştirak etmək istəyənlər Ad və soyad / Təvəllüd / Əlaqə nömrəsi / Oxuduğu məktəbin adını qeyd etməklə 1 və ya 2 əsərini 2019-cu il may ayının 30-dək Qazax Dövlət Rəsm Qalereyasına (ünvan: Qazax şəhəri, Heydər Əliyev prospekti 75, əlaqə telefonu 29 51 015 ) təqdim etməlidir Münsiflər heyəti tərəfindən öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən müəlliflərin əsərlərinə üstünlük veriləcəkdir. Əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik. Müsabiqə iki turdan ibarət olacaqdır. I turdan keçmiş əsərlər əvvəlcə Qazax Dövlət Rəsm Qalereyasında nümayiş olunacaq və oradan seçilmiş əsərlərdən ibarət ikinci sərgi Bakı şəhərindəki Xətai Sənət Mərkəzində təşkil ediləcəkdir. Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və qaliblər mükafatlandırılacaq. I Yer -
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində rəssamlıq istedadına malik olan uşaqların yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə “AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALINA start verilir və festival çərçivəsində müsabiqə elan olunur: Müsabiqədə iştirak etmək istəyən 5 yaşdan 17 yaşa qədər uşaqlar ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə ən çoxu 3 işinin fotosunu 2019-cu il aprel ayının 30-nadək Xətai Sənət Mərkəzinin whatsapp 051 310 74 01 nömrəsinə göndərməlidir. • Seçim iki yaş kateqoriyası üzrə aparılacaq: 12 yaşa qədər, 12-17 yaş arası • Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək. • Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək. • Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik. • Unutmayın ki, bu bir məşğuliyyət növüdür! • I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır. Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq həmçinin müxtəlif təşkilatların nominasiyalar üzrə mükafatları olacaq. 1. Həmrəyliyə çağırış – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 2. Məktəb həyatı – Azərbaycan Respublikası Təhsil Nazirliyi 3. Dostluq mövzusu – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 4. Maraqlı ideya – Azərbaycan Dövlət
Azerbaycan Diller Universitetinin dosenti Beşirov Vidadi müellim ve tecrübeçi telebeleri
Azerbaycan Diller Universitetinin dosenti Beşirov Vidadi müellim ve tecrübeçi telebeleri
load more posts